Növ: Sesamum indicum print

Sesamum indicum - hind küncütü Azərbaycanın mərkəzi aran rayonlarında, Mil-Muğan və Naxçıvan düzənliyində geniş becərilir. Hazırda onun əkin sahələri aradan çıxmaq üzrədir (Qasımov və b., 2004). Birillik, vəzli tükcüklü bitkidir. Yarpaqları bütöv, saplaqlıdır. Çiçəkləri 1-3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşir. Kasacıq və tac tükcüklüdür, açıq bənövşəyi yaxud qırmızı və ağ rənglidir. Meyvəsi qutucuqşəkillidir. Vətəni Cənubi Afrika hesab edilir. Qiymətli ədviyyat bitkisidir, yeyinti sənayesində geniş istifadə olunur, texniki bitki kimi də qiymətlidir.