Növ: Lathraea squamaria print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Scrophulariaceae
- Cins: Lathraea
- Növ: Lathraea squamaria
Bu növə orta dağ qurşağına kimi meşə və kolluqlarda təsadüf olunur. Əsasən, fındıq və qızılağacın kökləri üzərində parazitlik edir. Kökümsovlu, çoxillik bitkidir. Çiçəkləri birtərəfli salxımabənzər çiçək qrupuna yığılmışdır. Tacı 2 dodaqlı olub, üst dodağı tam, alt dodağı isə 3 bölümlüdür. Solğun bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir. Yumurtalığı 2 yuvalıdır. Meyvəsi 2 qapaqla açılan qutucuqdur.