Növ: Nelumbo caspica - Xəzər şanagülləsi print

Nelumbo caspica - Xəzər şanagülləsi nadir növdür. Məhv olmaq təhlükəsi altında olan bu bitki Azərbaycan Respublikasının "Qırmızı kitab"ına (2013) daxil edilib. Ona Zərdab (Qarasu çayının gölü), Saatlı (Sarısu gölü), Kürdəmir (Şilyan, Şorsor), Salyan (Aquşa çayı) rayonları ərazilərində axmaz və yavaş axan su sahələrində rast gəlinir. Yarpaqların qalxanşəkilli olması və çiçəyin rənginin çəhrayı olması ilə səciyyələnir. Qida, dərman və bəzək bitkiləridir.

https://www.plantarium.ru/page/image/id/706190.html