Növ: Hymenocrater bituminosus print

Bu növə Qobustan, Böyük Qafqaz və Naxçıvanda lokal şəkildə, aşağı və orta dağ qurşağında quraq daşlı, çınqıllı, bəzən gilli və əhəng daşlı yamaclarda rast gəlinir. Budaqlanan, bozumtul qabıqlı yarımkoldur. Yarpağı ovalşəkilli, kənarı dişciklidir. Kasacığı çılpaq, tacı bənövşəyi, bəzən ağdır. Meyvəsi qəhvəyi rəngli fındıqcadır. Limon ətirli yağlı bitkidir.