Növ: Majorana hortensis print

Azərbaycanda bir çox rayonlarda (xüsusən, Naxçıvan MR-da) həyətyanı sahələrdə əkilib becərilir. Toxumu, ştili və qələmləri ilə çoxaldılır. Bu bitki bir çox ərzaq və yeyinti məhsullarının hazırlanmasında qatqı kimi istifadə olunur. Xüsusən, ət xörəkləri, kabab, küftə kimi xörəklərin hazırlanmasında geniş istifadə olunur. Birillik və çoxillik ot, bəzən yarımkolcuqşəkilli, 20-50 sm hündürlüyündə bitkidir. Gövdəsi budaqlanan, yarpaqları uzunsov, bozumtul, qarşı-qarşıya düzüləndir. Xırda, ağımtıl, çəhrayı, qırmızımtıl çiçəkləri sünbülşəkilli çiçək qrupuna yığılır. Meyvəsi qəhvəyi rəngli fındıqcadır.