Növ: Trachydium lehmannii print

Bu növ Abşerondan (Bakı ətrafı), əkin sahələrindən toplanılıb. Bu növ adventiv (gəlmə) bitki sayılır. Birillik, 30-60 sm hündürlüyündədir. Yarpaqları 2-3 qat lələkvari, çətirin şüaları 5-15 saylıdır. Ləçəkləri ağ, meyvəsi ovalşəkillidir.