Növ: Ambrosia artemisiifolia print

Birillik bitkidir. Yarpaqları alt tərəfdən bozumtuldur. Səbətlər bircinsli olub, sünbül çiçək qrupuna yığılmışdır (aşağıda dişicikli, yuxarı hissədə erkəkcikli səbətlər yerləşir). Dişicikli səbətlər birçiçəkli, erkəkcikli səbətlər isə çoxçiçəklidirlər. Toxumca oval-uzunsovdur. Cinsin növləri üçün səciyyəvi xüsusiyyət çiçəkdə çox miqdarda tozcuğun əmələ gəlməsi və onun ətrafa yayılaraq allergik xəstəlik əmələ gətirməsidir. Bəzi ölkələrdə çox geniş yayılaraq xəstəlik törətdiyindən karantin bitkilər siyahısına daxil edilir. Alaq bitkisi kimi zərərlidir.