Növ: Anacyclus ciliatus print

Bu növə Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylada, arandan orta dağ qurşağınadək, quraq gilli yamaclarda təsadüf olunur. Birillik bitkidir. Yarpaqları lələkvari, uzunsov, növbəli düzüləndir.Örtük (sarğı) yarpaqları kirəmidvari düzülmüşdür. Səbət çoxçiçəkli, dilcikvari, dişicikli, ortadakı çiçəkləri boruvari, ikicinslidir. Toxumca hamar, qanadlıdır.