Növ: Dipterocome pusilla print

Azərbaycanda – Qobustanda (Ələt ətrafı), Naxçıvanda, düzən yerlərdə, gilli, bəzən şorakət torpaqlarda, çay sahili daşlıqlar arasında rast gəlinir. Birillik bitkidir. Yarpaqları xətvari, oturaqdır. Səbət azçiçəkli, bütün çiçəkləri boruşəkilli, kənardakılar dişicikli, yuxarısında 2 dodaqlı, ortadakılar isə erkəkcikli, 5 dişciklidir. Toxumcası ağımtıldır.