Növ: Tripolium pannonicum print

Bu növ Xəzər ətrafı, Abşeron, Lənkəran və Kür-Araz ovalıqlarında düzən və sahil qumluqlarında, şoran torpaqlarda, bəzən əkinlərdə yayılıb. İkiillik bitkidir. Yarpaqları xətvari, bir qədər lətləşmişdir. Səbətin kənarında yerləşən çiçəklər dilcikşəkilli, dişicikli, mavi yaxud açıq-çəhrayı, ortadakılar isə boruşəkilli, ikicinslidir. Toxumcası uzunsov, kəkili təşkil edən tükcükləri kələ-kötürdür.