Növ: Epilasia hemilasia print

Bu növə Qobustan və Naxçıvanda, aşağı dağ qurşağında quraq gilli yamaclarda rast gəlinir. Birillik, hündürlüyü 15-30 sm olan, üzəri tükcüklü bitkidir. Yarpaqları xətvari formalıdır. Səbət tək-tək gövdə və budaqların ucunda yerləşir. Sarğı yarpaqları bir neçə cərgədə kirəmidvari yerləşir. Çiçəkləri dilcikşəkilli, solğun sarı, toxumca tutqun boz, qabırğacıqlı, kəkil sıx lələkvari sərt tükcüklüdür.