Növ: Hedypnois cretica print

Bu növə Azərbaycanın əksər aran və dağətəyi rayonlarında quraq gilli, çınqıllı yamaclarda, kolluqlarda, əkinlərdə rast gəlinir. Hündürlüyü 5-30 sm olan, birillik, dixotomik budaqlanan, kələ-kötür tükcüklü bitkidir. Yarpaqları uzunsov-lansetvaridir.Səbət uzun ayaqcıqlı, çiçəkləri dilcikvari, sarı, kənardakıları kəkilsiz, ortadakıları isə kəkillidir. Toxumcası silindrvaridir.