Növ: Helminthotheca echioides print

Bu növə seyrək şəkildə Samur-Dəvəçi ovalığı, Böyük Qafqazın şərq hissəsi və Abşeronda, aşağı dağ qurşağınadək, əsasən, alaq bitkisi kimi təsadüf edilir. Birillik, yarpaqları uzunsov-ovalşəkilli bitkidir. Səbət çoxçiçəkli olub, qalxanvarı çiçək qrupuna yığılır. Çiçəkləri dilcikşəkilli, açıq-sarı rənglidir. Toxumcası oval, sarımtıl, uzun buruqcuqlu, kəkili isə lələkvari, ağımtıl tükcüklüdür. Sarğı yarpaqları 2 cərgədə düzülmüşdür.