Növ: Hyalea pulchella print

Bu növə Azərbaycanda Naxçıvanın dağlıq hissəsi və Diabarda (Zuvandda), aşağı və orta dağ qurşağında quraq çınqıllı yamaclarda, qaya töküntüləri arasında rast gəlinir. Hündürlüyü 10-30 (80) sm olan, birillik, qarışıq keçə tükcüklü bitkidir. Səbət gövdənin ucunda tək-tək yerləşir. Örtük yarpağın əlavəsi əsasən tamkənarlı, tacı qıfvari, solğun qırmızı yaxud ağımtıldır. Toxumcası parlaq, kəkili bozumtul, kələ-kötür sərt tükcüklüdür.