Növ: Dichrocephala intergrifolia print

Birillik, hündürlüyü 23-50 sm olan, qısa, seyrək tükcüklü ot bitkisidir. Səbətdə bütün çiçəkləri boruşəkillidir, kənardakılar çoxsıralı, 3-4 dişcikli, ağımtıl rəngdə, dişicikli, ortadakılar isə boruvari-zəngşəkilli, 5 dişcikli, sarımtıl-yaşıl, ikicinslidir. Kənardakı toxumcalar kəkilsiz, ortadakılar isə 1-2 sərt tükcüklüdür. Yarpaqları qida kimi faydalıdır.