Növ: Callicephalus nitens print

Bu növə Azərbaycanda Böyük və Kiçik Qafqaz, Naxçıvan, Kür düzü, Kür-Araz ovalığı, Bozqır yaylada orta dağ qurşağınadək quraq gilli, çınqıllı yamaclarda, yovşanlı, qaratikanlı fitosenozlarda, əkin və bağlarda rast gəlinir. Çoxillik, gövdəsinin hündürlüyü 80 sm olan bitkidir.Yarpaqları lələkvari kəsilmiş, səbət çoxçiçəkli boruşəkilli, tacı tünd qırmızı və ya çəhrayı, toxumcası pazvari, kəkildən kiçikdir. Dekorativ bitkidir.