Növ: Cnicus benedictus print

Cnicus benedictus Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, adi alaq bitkisi kimi əkinlərdə və bağlarda yayılmışdır. Birillik bitkidir. Yarpaqları uzunsov-lansetşəkilli, oturaq, kənarı iri dişciklidir. Gövdəsi budaqlanandır. Səbət gövdənin ucunda tək-tək yerləşir. Sarğı yarpağı bir neçə sırada yerləşir, bütün çiçəkləri boruşəkilli, sarı, kənardakıları sterildir. Toxumcası uzunsov olub, kəkili 2 cərgədə yerləşir (10 ədəd), yerüstü hissəsi və çiçəyi sərt tükcüklüdür. Həzmi yaxşılaşdıran, iştah artıran xassəyə malikdir, mədə-bağırsaq və qaraciyər xəstəliklərində istifadə olunur.