Növ: Myriactis wallichi print

Bir və ikiillik, hündürlüyü 40-80 sm olan ot bitkisidir. Yarpaqları uzunsovdur. Şarşəkilli səbəti çoxçiçəkli olub, kənardakı çiçəkləri 2 və çoxsıralı, dilcikşəkilli, dişicikli, ağımtıl, ortadakı çiçəkləri isə boruşəkilli, 5 bölümlü, ikicinslidir. Toxumcası uzunsovdur.