Növ: Notobasis syriaca print

Notobasis syriaca Azərbaycanın Böyük Qafqaz, Talış, Xəzərətrafı, Kür-Araz ovalığı, Bozqır yayla rayonlarında arandan aşağı dağ qurşağınadək (bəzən orta dağ qurşağı) quraq yamaclarda, alaqlı yerlərdə, çay vadilərində, kserofil bitki senozları arasında yayılmışdır. Birillik, tikanlı bitkidir. Yarpaqları uzunsovdur. Səbət iri, çoxçiçəkli olub, çiçəkləri boruşəkilli, kənardakıları steril, ortadakıları isə ikicinslidir. Erkəkcik sapı tükcüklüdür. Toxumca oval, kəkili təşkil edən sərt tükcükləri çıxsıralı, lələkşəkilli, qaidəsində dəstəyə yığılandır.