Növ: Pallenis spinosa print

Aralıq dənizi ətrafı ölkələrdə və Qafqazda 3 növü yayılmışdır. Azərbaycanda 1 növü var. Bu növə Azərbaycanda aran və dağətəyi ərazilərdə, Kür-Araz ovalığı, Lənkəran ovalığı və Bozqır yaylada, quraq yerlərdə rast gəlinir. Birillik, tükcüklərlə örtülü bitkidir. Yarpaqları uzunsovdur. Səbətləri azsaylı olub, kənarda yerləşən çiçəkləri dişicikli, dilcikşəkilli, sarı, ortadakılar isə boruşəkilli, ikicinslidir. Toxumca kəkillidir.