Növ: Picnomon acarna print

Azərbaycanda demək olar hər yerdə, arandan orta dağ qurşağınadək quraq yerlərdə, zibilli yerlərdə, alaq bitkiləri arasında yayılıb. Birillik bitkidir. Yarpaqları lansetşəkilli, dərivari, kənarı tikancıqlıdır. Səbət çoxçiçəkli olub, tək-tək yaxud qalxan tipli çiçək qrupuna yığılır, sıx ağ keçə tükcüklü, tacı tünd qırmızıdır. Toxumcası oval, kənarı lələkvari tükcüklüdür.