Növ: Antennaria caucasica print

Bu növə respublikanın Böyük Qafqaz regionunda, alp və subalp dağ qurşaqlarında, çəmən bitkiliyi tərkibində və qaya üzərində təsadüf olunur. Hündürlüyü 3-13 sm olan, çoxillik, batıq nazik keçə tükcüklü, ağımtıl bitkidir. Yarpaqları novça yaxud ensiz lansetvari olub, hər iki tərəfdə ağ tükcüklüdür. Səbət çiçəklər gövdənin ucunda başcıq yaxud çətirşəkilli toplanır, sarğı yarpaqları çiçəklərdən uzundur, adətən çəhrayıdır. Toxumca uzunsov, kəkili ağ, toxumcadan bir neçə dəfə uzundur.