Növ: Galinsoga parviflora print

Galinsoga parviflora adventiv bitki kimi Azərbaycan ərazisində əvvəllər Kiçik Qafqazın şimalında (Gədəbəy), sonralar Böyük Qafqazın qərbində (Zaqatala) aşkar edilib. Birillik bitkidir. Yarpaqları oval formalı olub, qarşı-qarşıya yerləşir. Xırda səbətləri gövdənin ucunda yarımçətir çiçək qrupuna yığılır. Kənar çiçəklər (4-5) dilcikşəkilli, ağ rəngli, ortadakılar isə boruvari, ikicinslidir. Toxumcası kəkilli, tillidir.