Növ: Nectaroscordum dioscoridis - Dioskorid nektaroscordum print

Dioskorid nektaroscordum üçfutlu nektaroscordumdan çətiri təşkil edən çiçəklərin sayı, çiçəkyanlığı və erkəkcik saplarının ölçüləri ilə fərqlənir. Ona Abşeron (Altıağac və Yarımca kəndləri ətrafında), Şamaxı (Aladaş dağı) rayonlarında fıstıq meşəliyinin kölgəliyində tək-tək və ya qrup halında rast gəlinir. Bitdiyi ərazilər kənd təsərrüfatı əkinləri üçün istifadə olunduğuna görə ehtiyatı azalır.