Növ: Gundelia tournefortii print

Nadir bitkidir, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib. Bu növə Naxçıvanın dağlıq ərazilərində, orta dağ qurşağında (1800 m) quraq gilli və daşlı yamaclarda təsadüf edilir. Hündürlüyü 60 sm olan, çoxillik, kökü qalınlaşan, gövdəsi yoğun bitkidir. Yarpaqları dərivari, sərtdir. Səbət başcıq tipli çiçək qrupuna yığılaraq, tikancıqlı yarpaqlarla əhatə olunmuşdur. Tacı qıfşəkilli, tünd qırmızı, toxumcası iri, oval, dördtillidir. Cavan zoğları və yarpaqları yeməlidir, toxumu yağlıdır.