Növ: Reichardia glauca print

Reichardia glauca Böyük Qafqazın Quba massivi, Qobustan, Bozqır yayla və Naxçıvanda, aşağı dağ qurşağından subalp qurşağadək quraq, daşlı, gilli yamaclarda yayılıb. Çoxillik, göyümtrək, çılpaq bitkidir. Yarpaqları kökətrafı rozet əmələ gətirir, qısa tikancıqlı, oturaqdır. Səbət çoxçiçəkli, sarğı yarpaqları uzunsov-lansetşəkilli, dilcikşəkilli çiçəkləri açıq-sarı rənglidir. Toxumcası, adətən, dördtilli, kəkili ağımtıl qar rənglidir.