Növ: Cymbolaena griffithii print

Bu növə Naxçıvanda, aşağı dağ qurşağında gilli yamaclarda, çay vadiləri və bəzən alaq bitkiləri arasında rast gəlinir. Birillik, gövdəsi budaqlanan, sıx ağ keçə tükcüklü, hündürlüyü 2-7 sm olan bitkidir. Səbət xırda, başcıq formalı çiçək qrupuna yığılmışdır. Dişicikli çiçəklər 12-14 ədəd olub, nazik boruvari taca malikdir, ortadakı çiçəklər isə ikicinsli, boruvari, 4 dişcikli, kəkili bir sırada yerləşən nazik tükcüklüdür.