Növ: Lasiopogon muscoides print

Mamırvari laziopoqon (L. muscoides) Azərbaycanda nadir bitki olub, Abşerondan qumsal yerlərdən toplanılıb. Birillik, xırda, gövdəsi yerə sərilən, budaqlanan, sıx keçə tükcüklü bitkidir. Yarpaqları xırda xətvaridir. Səbətlər gövdənin ucunda başcıq şəklində toplanır, sarğı yarpaqları xətvari, sarımtıl küləş rənglidir. Çiçəkləri sarımtıl olub, kənarda yerləşən boruvari çiçəkləri dişicikli, ortadakıları isə 4-5 dişcikli, boruvari, ikicinslidir. Toxumcası oval, bir qədər batıq, kəkilli bir sırada düzülən sərt tükcüklüdür.