Növ: Parthenium argentatum print

Gümüşü partenium (P. argentatum) kulturada Abşerondan, Kür-Araz ovalığından məlumdur. Çox budaqlanan, yarpaqları uzunsov yarımkoldur. Səbətlər qalxan tipli çiçək qrupuna yığılır, kənarda yerləşən dişicikli çiçəklər açıq-sarı rəngli, erkəkcikli çiçəklər isə boruşəkillidir. Toxumcası kəkillidir. Vətəni Meksika və Texas hesab edilir.