Növ: Michauxia laevigata print

Bu növə respublikanın Kiçik Qafqaz, Naxçıvan və Diabar regionlarının kserofil təbiətli bitkiliklərinin tərkibində təsadüf olunur. Fəsilənin digər cinslərindən tacın və kasayarpağının 8-10 xətvari hissəyə bölünməsi ilə fərqlənir. Erkəkciyi 8-10 ədəd, yumurtalığı alt vəziyyətdə, 8-10 yuvalıdır. Qutucuğu 8 arakəsmə ilə açılır. Texniki bitkidir.