Növ: Alkanna orientalis print

Ona Naxçıvan və Talışda aşağı və orta dağ qurşağında quraq, daşlı-qayalı yamaclarda rast gəlinir. Çoxillik otlardır. Kasa yarpaqlarının qaidəsinədək xətvari lansetşəkilli hissələrə bölünməsi ilə digər cinslərdən fərqlənir. Kökündən bənövşəyi rəng alınan boyaq bitkisidir.