Sinif: Branchiopoda - Qəlsəməayaqlılar print

Sinfin 1500 növü var. Bu qrupa aid canlılar ən qədim və primitiv xərçəngkimilərdir. Onların bəziləri (artemiya, dafniya) geniş öyrənilmiş və akvarium balıqçılığında yem kimi istifadə edilir. Bütün ətraflar nisbətən oxşar olub eyni zamanda bir neçə funksiya həyata keçirir. Qəlsəməayaqlılar bütün ayaqlarını vahid ritmdə hərəkət etdirməklə üzür, çoxsaylı kirpikciklər isə sudakı qida hissəciklərini filtrasiya edir. Qəlsəməayaq bütün pəncələri ilə geriyə doğru təkan verdiyi zaman qida su axını vasitəsilə onun ağzına doğru hərəkətedir. Bu ətraflar eyni zamanda qəlsəmə rolunu oynayıb suyu nazik kutikuladan keçirərək oksigeni udur.