Sinif: Cephalocarida - Sefalokaridlər print

Sinfin 12 növü var. Bu qrupa aid canlılar əsasən uzunsov bədənli kiçik bentos heyvanları olub ölçüləri 2 – 3 mm intervalında dəyişir. Bütün növlər bir dəstəyə (Brachypoda), bir fəsiləyə (Hutchinsoniellidae) və 5 cinsə aid 12 bentik növü əhatə edir.

Sefalokaridlərin baş hissəsi iri olub döş seqmentlərindən ayrıdır. Başın quruluşuna görə onlar qəlsəməayaqlılarla xərçəngkimilər arasında aralıq yer tutur. Başın üzərində 2 ədəd antenna, çənələr və 2 cüt ayaq yerləşir. Gözləri yoxdur. Toraks 10 ədəd seqmentdən ibarətdir. Litoraldan 1500 m-ə qədər dərinliklərdə yaşayan sefalokaridlər detritlə qidalanır.