Növ: Eclipta prostrata print

Kür-Araz ovalığında, Kür düzündə, rütubətli yerlərdə yayılmışdır. Respublikada cinsin və növün adventiv olması qeyd olunur. Birillik bitkidir. Yarpaqları oval, qarşı-qarşıya düzüləndir. Səbətlər xırda olub, kənarda yerləşən çiçəklər dişicikli, ensiz dilcikşəkilli, ortadakılar isə boruşəkilli və ikicinslidir. Toxumca uzunsov və ağımtıldır.