Sinif: Larvacea - Lavralar print

Larvaseyalar və ya Apendikulyariyalar (Larvacea) sinfinin əksər nümayəndələrinin ölçüləri bir neçə mm-dən çox olmur. Bəzi növlərin uzunluğu bir neçə sm-ə çatır. Dənizdə yaşayan bu canlılar xarici görünüşünə görə çönçəquyruqlara oxşayır. Onlar yumurtavari kiçik bədənə və quyruğa malikdir. Baş evcik formalı qişaya malikdir. Evcik sellülozadan deyil xitin maddəsindən ibarət olub canlının bədənini kip örtmür.

Hal-hazırda Larvaseyaların 70-ə yaxın növü təsvir edilmişdir.