Cins: Sternbergia - Şternbergiya print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Monocotyledoneae
- Fəsilə: Amarillidaceae
- Cins: Sternbergia
Aralıq dənizi, Kiçik Asiya, İran və Orta Asiya ölkələrində yayılan 5 növündən Azərbaycanda arandan orta dağ qurşağınadək quru yamaclarda yayılan 3 növü var. Soğanaqlı çoxillik bitkilərdir. Xətvari yarpaqları kök boyuncuğu ətrafında yerləşir. Gövdəsi yarpaqsız olub, ucunda 1 ədəd sarı rəngli çiçək yerləşir. Çiçəkyanlığı yarpaqları yuxarıda 6 bölümlü, erkəkcikləri 6 ədəddir. Meyvəsi lətləşmiş qutucuqdur. Bəzək bitkiləridir. Cinsin hər üç növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmışdır.
- Növ: Sternbergia colchiciflora - Qışdaçiçəkləyən şternbergiya
- Növ: Sternbergia fischeriana - Fişer şternbergiyası
- Növ: Sternbergia lutea - Sarı şternbergiya