Növ: Lycium barbarum - Berberi itüzümü print

Azərbaycanda park və bağlarda canlı çəpər düzəltmək və quraq yerlərdə əkmək üçün berberi itüzümü (L.barbarum) növündən istifadə olunur. Bu növ yabanı şəkildə Mərkəzi Çində və Aralıq dənizi ətrafında yayılmışdır. Nisbətən aztikanlı koldur, çiçəkləri bənövşəyi və ya çəhrayı rənglidir.