Növ: Lycium ruthenicum - Rusiya itüzümü print

Yabanı halda daha geniş yayılan Rusiya itüzümü növüdür. O, 1 m-ə qədər hündürlüyündə, gövdəsi dağınıq budaqlı, çılpaq, üzəri 2 sm-ə qədər uzunluğunda olan bərk tikanlarla örtülü koldur. Yarpaqları xırdadır, qısalmış yan budaqların üzərində tək-tək və ya dəstələrdə yerləşir. Çiçəkləri dəstə kimi əmələ gəlib, açıq bənövşəyi rənglidir. Giləmeyvələri girdədir, xırda noxud böyüklüyündə, qara rənglidir. Rusiya itüzümü növünə Abşeronda, aran və dağətəyi rayonlarda, quru və şoran torpaqlarda təsadüf olunur.

https://www.plantarium.ru/page/image/id/704396.html