Tip: Annelida - Həlqəvi qurdlar print

Qurd tipləri arasında ən yüksək inkişaf etmiş formalarıdır. Onlar dənizlərdə, şirin su hövzələrində, torpaqda yaşayırlar. 18 000-ə qədər növü məlumdur. Onların uzunluğu 0.5 mm-dən 3 m-ə çatır. Parazit formaları da mövcuddur.
Halqalı qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu və ya metamerli olmasıdır. Onların bədəni bir-birindən fərqlənən üç hissəyə ayrılır: baş-pər, buğumlu gövdə və anal-pəri hissə. Həlqəvi  qurdların bədəni simmetrikdir. Onlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmiş, həzm, tənəffüs, ifrazat, qan-damar (qapalı), sinir və cinsiyyət sistemi vardır. Onlar ikinci bədənboşluğuna (selom) malik olub, əksəriyyəti ayrıcinslidir.
Təbiətdə həlqəvi  qurdların böyük rolu var. Onlar balıqlar üçün qidadır. Torpaqda yaşayan həlqəvi qurdlar torpağı yumşaldır, onu üzvi maddələrlə zənginləşdirir. Həlqəvi qurdların digər nümayəndəsi olan zəlilərin (Hirudo medicinalis) tibbi praktikada böyük rolu var. Onlar 40-dan çox xəstəliyin müalicəsində onlardan istifadə edirlər.
Xəzər dənizində Çoxqıllı qurdlar (Polychaeta)sinfinə aid 7 növ,  Azqıllı qurdlar (Oligochaetasinfinə aid isə 31 növ, daxili su hövzələrində 90 növ, soxulcanlara aid 35 növ, zəlilər (Hirudinea) sinfinə aid 17 növ (o cümlədən, 3-ü Xəzərdən) tapılmışdır. Onlardan Nais iorensis Qafqaz endemi, Parhypania brevispinus və Fabricia sabella caspica Xəzər endemləridir. Tibb zəlisi (Hirudo medicinalis orientalis) Lənkəran, Şabran, Kürdəmir, Qazax rayonlarının ərazilərindəki su hövzələrində geniş yayılmışdır. Keçən əsrin 70-ci illərində Azərbaycanda (Bakı, Yanardağ zəli ferması) ildə 1 – 1.5 mln. zəli istehsal olunaraq daxili bazarda və xaricə satılırdı.

Həlqəvi qurdlar 5 sinfə bölünür: