Cins: Pycreus - Cillicə print

Əsasən, isti iqlimli ölkələrdə yayılan 70 növü qeydə alınıb. Azərbaycanda 3 növü vardır. Bir və ikililik, bəzən çoxillik otlar olan rütubətli yerlərdə, çay, kanal kənarlarında yayılmışdır. Respublikanın əksər aran rayonlarında rast gəlinir.  P.flavidus növü isə sonralar Kiçik Qafqazdan da toplanılmışdır. Növlər bir-birindən örtük pulcuqlarının, meyvənin və çiçək qrupunun əlamətləri ilə fərqlənirlər.