Cins: Bolboschoenus - Lıqvər print

Dünyanın əksər ölkələrində, xüsusən isti və mülayim iqlimli ərazilərdə yayılan 7-8 növü vardır. Azərbaycanın əksər aran rayonlarında, rütubətli yerlərdə, bataqlıqlarda yayılan 2 növü var.

Əvvəllər Lənkərandan məlum olan B. popovii sonralar Kür-Araz ovalığından da toplanmışdır. Bu növ B. maritimus növündən bəzi əlamətləri ilə fərqlənir: nisbətən alçaq boyludur, kökümsovu kökyumrusu şəklində qalınlaşmayıb, örtük pulcuğu sarımtıl, çiçək qrupu bir dəstə sünbülcüklərdən (digər növdə mərkəzi və yan dəstələr vardır) təşkil olunmuşdur. Nişasta ilə zəngindir.