Cins: Lavatera - Xətmi print

Aralıq dənizi ölkələri, Avstraliya və Kaliforniyada yayılan 24 növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, əkin sahələrində, bağlarda, bəzən zibilli yerlərdə rast gəlinir. Üzəri ulduzvari tükcüklərlə örtülü birillik və çoxillik ot bitkiləridir. Ləçəkləri qırmızı və yaxud qırmızı-bənövşəyi rəngli, yarpaq ayası bölümlüdür. Növləri bir-birindən, əsasən, meyvəsinin əlamətləri ilə seçilir. Soyuqdəymə və yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı faydalıdır. Texniki bitkidir.