Sinif: Reptilia - Sürünənlər print

Bunlar ilk əsl quru onurğalılardır. 10 038 növ, o cümlədən amfisbenlər  (188), kərtənkələlər  (5987), ilanlar  (3496), tısbağalar (341), timsahlar (25), dimdikbaşlar (1) məlumdur (http://www.reptile-database.org/). Yer kürəsinin bir çox yerlərində onlara rast gəlmək olar. Uzunluğu bir neçə sm-dən (Tetracheilostoma carlae) 12 m-dək (anakonda ilanı –Eunectes murinus) çatır. Əsasən, quruda yumurta qoymaqla, yumurta diridoğmaqla, bəziləri diri bala doğmaqla çoxalır. Yalnız ağciyərlər vasitəsilə tənəffüs edirlər. Bu canlıların dərisi buynuz təbəqə ilə örtülüdür. Yumurtalar xaricdən qoruyucu təbəqə-qabıqla əhatə olunub. Yumurta sarısı çoxdur. Bu sinfin orqanizmlərində amnion (rüşeymin daxili pərdəsi) inkişaf etmişdir.

Sürünənlərin ətrafları beş barmaqlıdır. Bu sinfin nümayəndələrində ilk olaraq beyin yarımkürələrinin qabığı yaranmışdır. Dəri buynuz pulcuqlarla, zirehlə örtülüdür, selik yoxdur. Dərinin bu xüsusiyyətləri bədənin osmotik təzyiqinin xarici mühitdən asılı olmadığını göstərir.

Sürünənlərin bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir (ilanlar istisna olmaqla). Skelet sümüklüdür, kəllə, boyun, döş, bel, büzdüm və quyruq şöbələrinə bölünür. Kəllə sümüyü bəzi növlərdə bütövdür. Yalnız göz, burun və təpə dəliyi vardır. Bəzi növlərdə kəllə bir neçə sümüyün birləşməsindən əmələ gəlmişdir. Boyun şöbəsində atlas və ikinci boyun fəqərəsi vardır ki, bu da başın hərəkət imkanlarını artırır.

Skelet əzələsi suda-quruda yaşayanlarla müqayisədə yaxşı inkişaf etmişdir. Həzm sistemində kor bağırsağın başlanğıcı vardır. Tənəffüs sistemində traxeya iki bronxa ayrılaraq ağciyərlərə keçir. Ağciyərlər yuvacıqlı quruluşa malik kisə formasındadır. Dəri tənəffüsü yoxdur.

Qan-damar sistemi təkmilləşmişdir. Ürək üç kameralıdır. Dörd kameralı ürək yalnız timsahlarda müşahidə olunur. Sürünənlərin qan-damar sistemində iki qan dövranı mövcuddur. Lakin onlar bir-birindən tam ayrılmayıb, bel aortasında qarışır (suda-quruda yaşayanlarda olduğu kimi). İfrazat sistemi kloakaya açılan bir cüt çanaq böyrəyi (metanefros), sidik axarları və sidik kisəsindən ibarətdir.

Sinir sistemi inkişaf edib. Baş beyinin quruluşu quru heyvanlarının beyin quruluşunu xatırladır. Uzunsov beyində qırış vardır ki, bu qırışa bütün amniotlarda (quru onurğalıları) rast gəlinir. Beyin yarımkürələrinin qabıq nahiyəsinin rudimenti formalaşıb. Baş beyindən 12 cüt kəllə-beyin siniri çıxır. Göz bülluru öz formasını dəyişmə imkanına malikdir, buna görə də sürünənlərin göz quruluşu daha təkmilləşmiş sayılır. Kirpikli cisimdə eninə zolaqlı əzələ daha da inkişaf edib. Eşitmə orqanlarında ilbiz daha da inkişaf etmiş, eşitmə kapsulunda isə ikinci dəlik yaranıb. İybilmə qabiliyyəti yaxşı inkişaf edib, xüsusilə də burun boşluğu və ikincili damaq. Yakobson orqanı çox yaxşı inkişaf etmişdir ki, bu da ovun qoxusunu hiss etməyə imkan verir.

Sürünənlərdə bütün ali heyvanlarda olan endokrin vəzilər inkişaf edib. Onların bədən temperaturu xarici mühitdən asılı olub, sabit deyil. Sürünənlər ayrıcinsli heyvanlardır. Yumurta-diridoğan və diridoğan növləri vardır. Bəzi kərtənkələ və ilanlara partonogenez xasdır.

Dölün cinsi genetik səviyyədə yalnız bir neçə növ kərtənkələdə müəyyən olunur. Qalanlarda isə cins genetik yox, xarici mühitin (daha çox havanın hərarətinin) təsiri ilə formalaşır. Əgər havanın hərarəti çox yüksəkdirsə, yumurtalardan yalnız dişilər, əgər soyuqdursa erkəklər çıxır. Bəzi timsahlarda və bəzi kərtənkələ növlərində isə əksinədir. Timsahlar və bir çox tısbağa növləri şirin sularda, bəzi tısbağa (Cheloniidae)və ilanlar (Hydrophiinae)isə dənizdə yaşayır. Sürünənlərdə torpağın içində (Uropeltidae)və ya ağaclarda yaşayan növlər, uçan əjdahalar (Draco) adlı kərtənkələlər isə süzərək uça bilir.

İlanlar zəhərli vəzilərin və dişlərin olması ilə fərqlənir. Zəhərli dişlər Heloderma cinsinə aid 2növ kərtənkələdə də vardır.

Tısbağaların sənayedə əhəmiyyəti vardır, onların bəzi növlərinin əti və yumurtalarından qida sənayesində istifadə edilir.

                                     Azərbaycanın sürünənlər sinfinin taksonomik strukturu

Dəstə

Fəsilə

Cins

Növ

Testudines

(Tısbağalar)

Testudinidae

(quru tısbağaları)

Testudo (quru tsbağaları)

T. graeca (aralıqdənizi tısbağası)

Geoemydidae

(Asiya şirinsu tısbağaları)

Mauremus (su tısbağaları)

M. caspica (xəzər tısbağası)

Emys

(bataqlıq və ya çay tısbağaları)

E. orbicularis (bataqlıq tısbağası)

Sauria

(Kərtənkələlər)

Gekkonidae (Gekkonlar)

Cyrtopodion (nazikbarmaq gekkon)

C. caspius (Xəzər gekkonu)

Agamidae (kələzlər)

Trapelus (düzənlik kələzi)

T. ruderatus (xarabalıq kələzi)

Laudakia

(asiya dağaqaması)

L. caucasica (qafqaz dağkələzi)

Phynocephalus (girdəbaş)

P. helioscopus (yovşanlıq girdəbaşı)

Anguidae (koramallar)

Pseudopus (zirehli k.)

P. apodus (iri zirehli koramal)

Angius (zirehsiz koramal)

  1. fragilis (xırda zirehsiz koramal)

Scincidae (ssinklər)

Trachylepis (afrika mabuyaları)

T. septemtaeniata (önasiya mabuyası)

Eumeces (uzunayaq)

E. schneideri (Şneyder uzunayağıl)

Ablepharus (çılpaqgöz)

A.bivittatus (zolaqlı çılpaqgöz),

A. pannonicus (Asiya çılpaqgöğzü)

Lacertidae

(əsl kərtənkələlər)

 

Eremia (kərtənkələcik)

E. velox (cəld k.), E. strauchi (Ştraux k.),

E. arguta (əlvan k.), E. pleskei (Cənubi Qafqaz k.)

Ophisops (ilanbaş)

O. elegans (biçimli i.)

Lacerta (yaşıl kərtənkələ)

L. parva (Kiçik Asiya k.), L. media (ortancıl k.),

L. strigata (zolaqlı k.)

Darevskia

(qayalıq kərtənkələsi)

D.chlorogaster (yaşılqarın k.), D. rudis (Gürcüstan k.), D. caucasica (Qafqaz k.), D. raddei (Azərbaycan k.), D. portschinskii (Kür k.), D. valentini (Valentin k.),

D. armeniaca (Ermənistan k.), D. rostombekovi (Rostombəyov k.), D. praticola (çəmənlik k.)

Serpentes (İlanlar)

Typhlopidae (korilanlar)

Typhlops (korilan)

T. vermicularis (qurdvari korilancıq)

Boidae (yatağanlar)

Eryx (yatağan)

Eryx jaculus (Qərb yatağan)

Colubridae (suilanları)

 

Natrix (əsl suilanı)

N. natrix (adi suilanı), N. tessellata (suilanı),

N. megalocephala (iribaş s.)

Rhynchocalamus (rinxokalamus)

R.melanocephalus (qarabaş r.)

Eineris (eyneris)

E. collaris (xaltalı e.), E. punctatolineatus (nöqtəxətli), E. modestus (dinc e.)

Coronella (qonurilan)

C.austriaca (adi qonurilan)

Hemerrhois (bəzəkli təlxə)

H. ravergieri (bəzəkli təlxə), H. nummifer (qurğuşunrəngli t.)

Dolichophis (dolixofis)

D.caspius (Xəzər təlxəsi), D.schmidti (qırmızıqarın t.)

Platyceps (yastıbaş təlxə)

P.najadum (zeytuni təlxə)

Elaphe (dırmanan təlxə)

A.dione (naxışlı d.), E. sauromates (Pallas d.)

Zamenis (qərb dırmanantəlxəsi)

Z. hohenakeri (Qafqaz d.), Z. persica (İran d.)

Malpolon (kələzilan)

M. monspessulanus (çuxurbaşlı k.)

Psammophis (qumilanı)

P. lineolatus (oxvari qumilanı)

Telescopus (damilanı)

T. fallax (Qafqaz d.)

Viperidae (gürzələr)

Gloydius (qalxansifət)

G. halys (adi və ya Pallas q.)

Macrovipera (irigürzə)

M. lebetina (Levantiya nəhənggürzəsi)

Montivipera (Kiçik Asiya dağgürzəsi)

M. raddei (Radde d.)

Pellas (başıqalxanlı)

P. shemakhensis (Şamaxı ç.), P. eriwanensis (İrəvan ç.), P. renardi (Şərq ç.)

Sürünənlər quşların və məməlilərin əcdadı hesab olunur. Ən qədim sürünənlər kotilozavrlardır. Onlar Daş-Kömür Dövründə zirehli suda-quruda yaşayanlardan yaranmışlar. Kotilozavrların inkişafı ixtiozavrların və pleziozavrların təkamülünə başlanğıc vermişdir.