Sinif: Mammalia - Məməlilər print

Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Dünyada bu sinfin 1229 cins, 153 fəsilə,29 dəstəyə aid 5416 növü məlumdur (Mammal Species of the World, 2006).

Məməlilər üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onlar balalarını süd vəzilərindən ifraz olunan südlə bəsləyir. Məməlilər balalıqda inkişaf edən diri bala doğur. Kloakalılar isə yumurta qoyur. Bədən temperaturu sabit olub, ətraf mühitin temperaturundan asılı deyil. Bu da onların bütün iqlimlərdə aktivliyini təmin edir. Bədənləri tüklə örtülüdür. Məməlilərin çəkiləri 2 q-dan (сırtdan ağdiş: Suncus etruscus) 150 t-a kimi (göy balina: Balaenoptera musculus), uzunluqları isə 3 sm-dən (сırtdan ağdiş: Suncus etruscus) 33 m-ə qədər olur. Bədənləri çoxqatlı epidermisdən ibarət dəri ilə örtülüb. Dəridə çoxlu tər və piy vəziləri yerləşir. Tüklər, pulcuqlar (qunduzun quyruğu, kələzəoxşarların pulcuqları), dırnaqlar, caynaqlar və buynuzlar dərinin buynuz törəmələridir.  

Məməlilər insanda parazitlik edən bir çox helmintlərinaralıq, bəzən isə definitiv (son) sahibidir.

Məməlilərdə skelet, əsasən, daxili, bəzi növlərdə isə (armadil: Chaetophractus vellerosus) xaricidir. Onurğa boyun, döş, bel, oma və quyruq şöbələrinə bölünür. Boyun fəqərələri bütün məməlilərdə eyni saydadır (7 ədəd). Ətrafların sayı, adətən, iki cüt olur. Balinakimilərdə arxa ətraflar və çanaq reduksiyaya uğramışdır. Ətrafların skeleti çox davamlıdır. Bud sümükləri çox böyük yükə davam gətirə bilir (bəzi növlərdə 1500 - 2000 kq). Əzələ sistemi yaxşı inkişaf etmiş xüsusi əzələlər qrupundan ibarətdir.

Həzm sistemi bütün şöbələrdən ibarətdir və anal dəliklə bitir. Dişlər inkişaf edib (bəzi növlər, həmçinin dişsiz balinalar istisna olmaqla). Dişlər kəsici, köpək və azı dişlərinə bölünür. Qidalanmasına görə məməlilər otyeyənlər və ətyeyənlərə ayrılır. Tənəffüs sistemi ağciyərlər, traxeya, bronx, bronxiol və alveollardan ibarətdir. Qan-damar sistemi çox təkmilləşib. Ürək dörd kameralıdır. İki qan dövranı, sol aorta qövsü vardır. Yetkin eritrositlər nüvəsizdir. İfrazat sistemi bir cüt böyrəkdən, onlardan çıxan və sidik kisəsinə açılan axarlardan, sidik kanalından ibarətdir. Sinir sistemi yaxşı inkişaf etmiş beyin yarımkürələrindən, qırışlı və büküşlü beyin qabığından, beyincikdən ibarətdir. Hissiyyat orqanları da çox yaxşı inkişaf edib. Eşitmə orqanı xarici qulaq, xarici keçəcək, üç eşitmə sümüyü və səs qəbul edən aparatdan ibarətdir. Qoxu hissiyyatı da inkişaf edib. Lövhəcikli quruluşa malik burun boşluğu və burun labirinti vardır. Görmə və dadbilmə qabiliyyəti inkişaf edib. Daxili sekresiya vəziləri inkişaf edib. Cinsi yolla çoxalırlar. Cinsiyyət vəziləri dişilərdə və erkəklərdə cütdür. Mayalanma daxilidir və cinsi dimorfizm nəzərə çarpır.

N

Adı

Təsvir edilmişdir:

 növ/cins/fəsilə

Dünyada

Ölkəmizdə

Diridoğanlar (Theria) alt-sinfi

1.

Atlanqaçlar dəstəsi (Macroscelidea)

15/4/1

-

2.

Balinalar və delfinlər dəstəsi (Cetacea)

88/40/14

-

3

Borudişlər dəstəsi (Tubulidentata)

1/1/1

-

4

Cücüyeyənlər dəstəsi (Insectivora)

424/67/6

13/7/3

5

Cütdırnaqlılar dəsətəsi (Artiodactyla)

196/82/10

8/7/3

6

Damanlar dəstəsi (Hyracoidea)

11/3/1

-

7

Sirenlər dəstəsi (Sirenia)

4/2/2

-

8

Dovşankimilər dəstəsi (Lagomorpha)

87/12/2

2/2/2

9

Gəmiricilər dəstəsi (Rodentia)

1999/431/28

37/19/7

10

Kəmdişlilər dəstəsi (Xenarthra)

29/13/4

-

11

Kələzəoxşarlar dəstəsi (Pholidota)

7/1/1

-

12

Pərayaqlılar dəstəsi (Pinnipedia)

33/21/3

1/1/1

13

Primatlar dəstəsi (Primates)

256/64/13

-

14

Sincab meymunlar dəstəsi (Scandentia)

18/6/1

-

15

Təkdırnaqlılar dəstəsi (Perissodactyla)

16/6/3

-

16

Xortumlular dəstəsi (Proboscidea)

2/2/1

-

17

Yarasalar dəstəsi (Chiroptera)

977/174/18

33/11/4

18

Yunqanadlılar dəstəsi (Dermoptera)

2/1/1

-

19

Yırtıcılar dəstəsi (Carnivora)

231/95/9

20/14/6

Kisəlilər (Metathera) infrasinifi

20

Amerika opossumları dəstəsi (Didelphimorphia)

63/13/1

-

21

Senolostkimilər dəstəsi (Paucituberculata)

5/3/1

-

22

Mikrobioterilər dəstəsi (Microbiotheria)

1/1/1

-

23

Yırtıcı kisəlilər dəstəsi (Dasyuromorphia)

72/17/2

-

24

Kisəli köstəbəklər dəstəsi (Notoryctemorphia)

2/1/1

-

25

Tüklü siçanlar (banmdikut) dəstəsi (Peramelemorphia)

18/7/2

-

26

Ikikəsicidişli kisəlilər dəstəsi (Diprotodontia)

128/39/10

-

Yumurtaqoyanlar (Prototheria) alt-sinfi

27

Birdəliklilər dəstəsi (Monotremata)

3/3/2

-

Cəmi

4688/1109/139

114/61/26

 

Azərbaycanın məməlilər sinfi (nadir növlər qırmızı şriftlə qeyd edilmişdir)

Dəstə

Növ

Insectivora (Həşəratyeyənlər)

13 növ

Crocidura suaveolens (xırda ağdiş), C.leucodon (ağqarın a.), C.gueldenstaedti (uzunquyruq a.), C.persica (iran a.), C.zarudnyi (şərqi iran a.), Erinaceus concolor (ağdöş kirpi), Hemiechinus auritus (qulaqlı kirpi), Neomys schelkovnikovi (şelkovnikov su kutorası), Suncus etruscus (cırtdan ağdiş), Sorex raddei (radde qonurdişi), S.caucasica (qafqaz q.), S.minutus (xırda q.), Talpa levantis (kiçik köstəbək)

Chiroptera (Yarasalar)

33 növ

Barbastella barbastellus (avropa enliqulağı), B.leucomelas (asiya enliqulağı), Eptesicus bottae (səhra gönlücəsi), Hypsugo savii (savi şəbpərəsi), Myotis bechsteini (bexşteyn gecə şəbpərəsi), M.emarginatus (üçrəng g.ş.), M.blythi (itiqulaq g.ş.), M.nattereri (natter g.ş.), M.emarginatus (üçrəng g.ş.), M.mystacinus (bığlı şəbpərə), Miniopterus schreibersii (adi uzunqanadlı), Nyctalus noctula (kürən axşam yarasası), N.leisleri (kiçik axşam yarasası), Pipistrellus pipistrellus (Cırtdan şəbpərə), P.nathusii (meşə şəbpərəsi), Plecotus auritus (qonur palazqulaq yarasa), P.austriacus (boz palazqulaq yarasa), P. kuhlii (küli ş.), Rhinolophus hipposideros (kiçik nalburun), Rh.blasti (blazius nalburunu), Rh.euryale (cənub n.), Rh.mehelyi (eynəkli n.), Rh.ferrumequinum (böyük n.), Vespertilio murinus (ikirəng gönlücə), Tadarida teniotis (bükükdodaq enliqulaq) və s.

Rodentia (Gəmiricilər)

37 növ

Allactaga elater (kiçik ərəbdovşanı), A. williamsi (dağ ərəbdovşanı), Apodemus agrarius (tarla siçanı), Arvicola terrestris (su siçovulu), Calomyscus urartensis (kəsəyən dağsiçanı), Chionomys gud (qafqaz qarsiçanı), Chionomys roberti (kiçikasiya qarsiçanı), Chionomys nivalis (avropa qarsiçanı), Cricetulus migratorius (boz siçancıq), Dryomys nitedula (meşə süleysini), Ellobius lutescens (cənubiqafqaz dağkorçası), Glis glis caspicus (xəzər süleysini), Glis g.orientalis (şərq süleysini), Hystrix hystrix (hind tirəndazı), Meriones persicus (iran qumsiçanı), Micromys minutes (cırtdan siçan), Mesocricetus brandti (kiçikasiya dağsiçancığı), Microtus schelkovnikovi (şelkovnikov kolsiçanı), Mus musculus (ev siçanı), Rattus norvegicus (boz siçovul), R.rattus (qara s.), Sciurus anomalus (qafqaz sincabı), S. vulgaris (adi s.), Sylvaemus hyrcanicus (hirkan meşəsiçanı) və s.

Lagomorpha (Dovşankimilər)

2 növ

Lepus europaea (adi dovşan), Oryctolagus cuniculus (adadovşanı)

Carnivora (Yırtıcılar)

18 növ

Canis aurea (çaqqal), C.lupus (canavar), Hyaena hyaena (zolaqlı kaftar), Lutra lutra (çay samuru), Martes martes (meşə dələsi), M.foina (daşlıq dələsi), Meles meles (porsuq), Mustela erminea (qaraquyruq gəlincik), M.nivalis (gəlincik), Lutra lutra (çay samuru), Felis silvestris (çöl pişiyi), Felis chaus (qamışlıq pişiyi), Lynx lynx (vaşaq), Otocolobus manul (manul pişiyi), Panthera pardus (bəbir), Ursus arctos (qonur ayı), Vormela peregusna (safsar), Vulpes vulpes (tülkü)

Pinnipedia (Pərayaqlılar)

1 növ

Phoca caspica (xəzər suitisi)

Artiodactyla (Cütdırnaqlılar)

8 növ

Capra aegagrus (bezoar keçi), C.cylindricornis (dağ keçisi), Capreolus capreolus (avropa cüyürü), Cervus elaphus (qagqaz maralı), Gazella subgutturosa (ceyran), Ovis orientalis (asiya muflonu), Rupicapra rupicapra (qafqaz köpgəri), Sus scrofa (qaban)

 

Məməlilər 2 alt sinfə bölünür: İlkməməlilərə (Prototheria) aid Birdəliklilər (Monotremata) dəstəsi və Vəhşi heyvanlara (Theria) aid Kisəlilər (Metatheria) və Plasentalılar (Eutheria) infra-sinifləri. Birdəliklilər (ördəkburun, yexidna, proyexidnalar) Avstraliyada yaşayır.

Kisəlilər (kenquru, koala, vombat, kisəli köstəbəklər və s.) Avstraliya və Amerikada yaşayırlar. Plasentaları yoxdur, anadan olmuş döl kisədə inkişaf edir.

Vəhşi heyvanlar plasentalı heyvanlar olub, olduqca müxtəlifdir. Embrional dövrdə onlar plasenta vasitəsilə qidalanırlar, balalar inkişaf etmiş şəkildə anadan olur. Onların həyat tərzi çox müxtəlifdir. Bu canlıların yerüstü, yeraltı, ağaçlarda, suda yaşayan, hətta uçan nümayəndələri də (yarasalar) vardır. Məməlilər yüksək sənaye və təsərrüfat əhəmiyyətli canlılardır. Belə güman edilir ki, məməlilər Trias Dövrünün sonunda (160-170 mln il əvvəl) yaşamış məməliyəbənzər sürünənlərdən - Terapsidlərdən (Therapsida) yaranıb.