Sinif: Actinopterygii - Şüaüzgəcli balıqlar print

Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir.Müasir Şüaüzgəclilər 35 dəstədən ibarətdir.Şüaüzgəcli balıqların böyük əksəriyyəti sənaye əhəmiyyətlidir. Onların ölçüləri 8 mm-dən (Paedocypris progenetica) 11 m-ə qədər, çəkiləri isə 2300 kq-a (Mola mola) çatır.

Pərüzgəcli balıqlardan fərqli olaraq bu balıqlar sümüklü onurğaya malikdir. Xoanlar (daxili burun dəlikləri) yoxdur. Üzgəclər cüt yerləşir. Bel üzgəclərinin sayı 1-3 intervalındadır.

                                                           Şüaüzgəcli balıqlar (Actinopterygii) sinifinin təsnifatı

Şüaüzgəcli balıqlar (Actinopterygii) sinifi (27 000-ə qədər)

Alt-sinif

Dəstə

Növ

Qığırdaqlı qanoidlər və ya qığırdaqsümüklü balıqlar (Chondrostei)

Acipenseriformes

Acipenser baerii, A.b.baicalensis, A.b.stenorrynhus, A. brevirostrum, A.dabryanus, A.fulvescens, A.gueldenstaedtii, A.medirostris, A.mikadoi, A.naccarii,  A.nudventris, A. oxyrinchus, A.o. oxyrinchus, A.o.desotoi, A.persicus, A. ruthenus, A.schrenckii, A.sinensis, A.stellatus, A.sturio, A. transmontanus

Polypteriformes

Erpetoichthys calabaricusPolypterus ansorgii, P.bichir, P.b. bichir, P.b.katangae, P.b.lapradei, P. delhezi, P.endlicheri, P.e. endlicheri, P.e.congicus, P.ornatipinnis, P. palmas, P. p. buettikoferi, P.p.palmas, P.p.polli, P.retropinnis, P.senegalus, P.s.meridionalis, P.s.senegalus, P.teugelsi, P.weeksii

Kladistia

(Cladistia)

Guildayichthyiformes

Discoserra pectinodon

Polypteriformes

Erpetoichthys calabaricus, Polypterus ansorgii, P.bichir, P.delhezi, P.endlicheri, P.ornatipinnis, P.palmas, P.retropinnis, P.senegalus, P.weeksii, P.teugelsi, P.mokelembembe

Yeniüzgəcli balıqlar (Neopterygii)

Dəstə

Xanıkimilər (Perciformes) 10000 növ, Çəkikimilər (Cypriniformes) 4350 növ, Naxakimilər (Siluriformes) 3000 növ, Xarasinkimilər (Characiformes) 1500 növ, Əqrəbkimi balıqlar (Scorpaeniformes) 1480 növ, Kambalakimilər (Pleuronectiformes) 680 növ,Treskakimilər (Gadiformes) 550 növ, İlankimilər (Ophidiiformes) 460 növ, Çəkidişkimilər (Cyprinodontiformes) 400 növ, Stomiyekimilər (Stomiiformes) 390 növ, Tikanbalığıkimilər (Gasterosteiformes) 352növ, Anqvilkimilər (Anguilliformes) 350 növ, Tilovlukimilər (Lophiiformes) 323 növ, Siyənəkkimilər (Clupeiformes)300 növ, İynəbalığıkimilər (Syngnathiformes) 264 növ, Qarnlkimilər (Tetraodontiformes) 250 növ, Miktofabənzərlər (Myctophiformes) 240 növ, Argentinaparıldağıkimilər (Argentiniformes) 230 növ, Sarqankimilər (Beloniformes) 200 növ, Berikskimilər (Beryciformes) 161 növ,Gimnotkimilər (Gymnotiformes) 150 növ, Qızılbalıqkimilər (Salmoniformes)122 növ, Bitişikqəlsəməkimilər (Synbranchiformes) 109 növ, Sormackimilər (Gobiesociformes) 100 növ, Osmerkimilər (Osmeriformes) 90 növ, Qurbağakimi balıqlar (Batrachoidiformes) 82 növ, Kefalkimilər (Mugiliformes) 81 növ,Aterinkimilər (Atheriniformes) 80 növ, Stefanoberikskimilər (Stephanoberyciformes) 70 növ, Şüaşəkillikimilər (Zeiformes) 40 növ,Qonorinxkimilər (Gonorynchiformes) 37 növ, Balinakimilər (Cetomimiformes) 32 növ,Kisəağızlıkimilər (Saccopharyngiformes) 28 növ, Belitikanlıkimilər (Notacanthiformes) 27 növ, Bəzəklilentşəkillikimilər (Lampriformes) 20 növ, Aylopkimilər (Aulopiformes) 15 növ, Vərdənəkimilər (Albuliformes) 13 növ, Durnabalığıkimilər (Esociformes)12 növ, Yalamşıuzunquyruqkimilər (Ateleopodiformes) 10 növ, (Polymixiiformes) 10 növ, Tarpankimilər (Elopiformes) 9 növ, Qızılbalıq-xanıkimilər (Percopsiformes) 9 növ, Uzunbığlıkimilər Zirehlikimilər (Lepisosteiformes) 7 növ, Aravankimilər (Osteoglossiformes) 5 növ, Aygözlükimilər (Hiodoniformes)2 növ, Lilbalıqlarıkimilər (Amiiformes) 1 növ.

Əksər siyənəklər (Alosa sp.), kilkə (Clupeonella sp.), dəniz sıfı (Sander marinus), xullar (Neogobius sp.) və s. dəniz növləridir. Bunlar da öz növbəsində açıq sahə balıqları (siyənək, kilkə) və dib (xul) balıqlarına bölünür. Şirinsu balıqları reofil və ya axar su balıqlarına (qızılxallı, qumlaqçı, qıjovçu) və limnofil və ya durğun su balıqlarına (qızılüzgəc, enlibaş, xanıbalıq, durnabalığı) ayrılır. Bəzi balıqlar (çəki, xramulya, çapaq, külmə) müəyyən dövrlərdə hər iki tipə aid olur. Nərə, qızılbalıq, şəmayi, ağgöz, poru, həşəm keçici balıqlar qrupuna daxildir. Bu balıqlar cinsi yetkinlik dövrünə qədər dənizdə yaşayır, sonra isə kürü tökmək üçün çaylara keçir, çayın mənbəyinə qədər miqrasiya edib, uzun məsafə qət edir. Keçici balıqlar bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, onlar kəskin duzluluq dəyişmələrinə dözümlüdür. Miqrasiya keçici balıqlara bir sıra üstünlüklər verir: cavan fərdlərin inkişafına kömək edir, yetkin fərdləri zəngin yem bazası ilə təmin edir. Lakin çaylara miqrasiya zamanı rast gəlinən maneələr (axın, bəndlər, şəlalələr) böyük güc itkilərinə səbəb olur. Balıqların dənizə miqrasiyası zamanı onlar parazitlərdən azad olur. Belə ki, keçid zamanı duzluluq dərəcəsinin dəyişməsi dəri parazitlərinin məhvinə səbəb olur və ona görə də bəzi balıqlar (qızıl balıqlar) kürü tökdükdən sonra məhv olur. Əksər balıqlar bir neçə dəfə kürü tökür. Keçici balıqlar yüksək sənaye əhəmiyyəti daşıdığından hidrostansiyaların inşası zamanı onlar üçün xüsusi balıq-keçidləri yaradılır.

Hidrostansiyaların xüsusi balıq-keçidləri

Azərbaycanın ixtiofaunası 13 dəstə, 112 növ və alt növdən ibarətdir. Onlardan 16 fəsiləyə aid 98 növ və alt növ Xəzər dənizinə aiddir (İbrahimov Ş., 2012). Bu növlərin 9-u "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə salınmışdır. Yaşayış yerlərinin xarakterinə görə bu balıqlar 4 ekoloji qrupa (dəniz, şirinsu, keçici və yarımkeçici) bölünür.

                                          Azərbaycanın ixtiofaunası

Dəstə

Növ

Acipenseriformes (Nərəyəbənzərlər)

Acipenser nudiventris(qaya balığı),A.guldenstdti (rus nərəsi),A.ruthenus (çökə), A.stellatus (uzunburun),Huso huso(bölgə)

Anguilliformes (Angviləbənzərlər)

Anguilla anguilla (çay angvili)

Atheriniformes (Aterinayabənzərlər)

Atherina mochon (xəzər aterini)

Clupeiformes (Siyənəyəbənzərlər)

Alosa caspia (xəzər şişqarını), A.saposhnikovi (irigöz ş.), A.brashnikovi (Brajnikov siyənəyi), A. brashnikovi  brashnikovi (Dolgin s.), A. brashnikovi agrachanica (aqraxan s.), A. brashnikovi sarensis (sara s.), A. brashnikovi autumnalis (irigöz s.), A. brashnikovi kisselevitschi (həsənqulu s.), A. brashnikovi grimmi (ağbaş s.), A.curensis (qızılağac s.), A.kessleri (keçici s.), A.kessleri volgensis (volqa s.), A.kessleri grimm (qarabel s.),  Clupeonella delicatula (adi kilkə), C.engrauliformes (ançousabənzər k.), C.grimmi (irigöz k.)

Cypriniformes (Çəkiyəbənzərlər)

Abramis brama (çapaq), A.sapa (poru), Acanthalburnus microlepis (qaraqaş), Alburnus charusini (qafqaz gümüşcəsi), A.ch.hohenakeri (zaqafqaziya gümüşcəsi), Alburnoides bipunctatus (şərq qıjovçusu), Alfilippi kessler (kür gümüşcəsi), Aspius aspius (həşəm), A.a.taeniatus (cənubixəzər həşəmi), Barbus ciscaucasicus (terek şirbiti), B.cyri (kür şirbiti), B.brachycephalus (gödəkbaş şirbit), B.capito (zərdəpər), B.mursa (mursa), Blicca bjoercna (yastıqarın), Chalcalburnus chalcoides (kür şəmayisi), Ch.chlongissimus (lənkəran şəmayisi), Chondrostoma oxyrhynchym (terek altağızı), Ch.cyri (kür altağızı), Cyprinus carpia (adi çəki), Gobio ciscaucasus (uzunbığlı qumluca), G.persa (kür qumlucası), Cobitis taenia (adi ilişgən), C.aurata (qızılı ilişgən), C.caspia (xəzər ilişgəni), Nemachilus angorae (anqor çılpaqcası), N.a. lenkoranensis (lənkəran çılpaqçası), N.megra (şimaliqafqaz çılpaqcası), N.brandti (kür çılpaqçası), Pelecus cultratus (qılıncbalıq), Rhodeus seriocus (kərkə), Rutilus rutilus (külmə), R.sojuchbulagi (soyuqbulaq külməsi), R.atropatenus (azərbaycan k.), R.frisii (qaradəniz kütümü), Leuciscus cephalus (enlibaş), L.c.orientalis (qafqaz enlibaşı), Scardinius erytrophthalmus (adi qızılüzgəc), Tinca tinca (lil balığı), Varicorhinus capoeta (kür xramulyası), V.c.sevangi (araz xramulyası), V.c.gracilis (lənkəran xramulyası), Vimba vimba persa (xəzər qarasolu)

Esociformes (Durnabalığınabənzərlər)

Esox lucius (durnabalığı)

Gasterosteiformes (Tikanbalığınabənzərlər)

Pungitius platygaster (cənub tikanlısı), Gasterosteus aculeatus (üçtikanlı)

Mugiliformes (Kefalabənzərlər)

Liza auratus (), L.saliens ()

Perciformes (Xanıyabənzərlər)

Anatirostrum profundorum (ördəkburun çömçəxul), Bentlhophiloides brauneri (Brauner xulu), Benthophilus macrocephalus (iribaş çömçəxul), B.magistri (çömçəquyruq xul), B.cterolepidus (şəffaf çömçəxul), B.leptocephalus (nazikbaş ç.), B.stellatus (ulduzlu ç.), B.spinosus (tikanlı ç.), B.baeri (ber ç.), B.granulosus (ziyilli ç.), B.leptorinchus (nazikburun ç.), B.grimmi (Qrimm ç.), Caspiosoma caspium (kaspiosoma x.), Knipowitschia longicaudata (uzunquyruq x.), Kn.iljini (İlyin x.), Mesogobius nonultimus (nonultimus x.), Negobius melanostomus (girdə xul), N.caspius (Xəzər xulu), N.fluviatilis (qumlu xul), N.bathybius (dərinlik x.), N.syrman (Şirman x.), N.kessleri (iribaş x.), N.platyrostris (kürən x.), N.ratan (nordman x.), N.gymnotrachelus (irigöz x.), N.nonultimus (nonultimus x.), Perca fluviatilis (xanıbalığı), Proterorhinus marmoratus (mərmər x.), P.caucasicus (Qafqaz x.), Stizostedion lucioperca (çay sıfı), S.volgensis (Volqa s.), S.marinus (dəniz s.)

Salmoniformes (Qızılbalığabənzərlər)

Salmo trutta (kumja), S.caspius (Xəzər qızılbalığı), S.trutto fario (adi qızılxallı), Stenodus leucichthys guldenstadti (nelma)

Siluriformes (Naxayabənzərlər)

Silurus glanis (naxa)

Syngnathiformes (İynəyəbənzərlər)

Syngnathus nigrolineatus (Xəzər iynəbalığı)

Azərbaycan sularında rast gəlinən yarımkeçici balıqlar (çəki, çapaq, külmə, sıf və s.), əsasən, Xəzərin 25-40 m dərinliklərində yaşayır, kürü tökmək üçün çaylara və körfəzlərə girir. Çaylara girən fərdlər uzağa getməyib, kürülərini çay mənsəbi yaxınlığında tökür. Onların daim şirin sularda (su anbarı, göllər) yaşayan populyasiyaları da mövcuddur.

Balıqlar bioloji müxtəliflikdə, xüsusən bəzi canlıların (Amerika susamuru, samur, desmana, ayı, su-bataqlıq və yırtıcı quşlar) qidalanmasında önəmli rol oynayır. Məsələn, yetkin Qarabatdaq (Phalacrocorax sp.) gün ərzində 700 q-a qədər balıq yeyir.