Cins: Camphorosma - Kafirotu print

Avroasiyanın mülayim qurşağında yayılan 6 növü var. Azərbaycanda 2 növü məlumdur. Respublikanın demək olar ki, əksər rayonlarında arandan orta dağ qurşağınadək gilli, daşlı-çınqıllı şorakət torpaqlarda yayılmışdır. Çoxillik yarımkolcuqşəkilli bitkilərdir. Cinsin növləri bir-birindən çiçəkyanlığında olan dişciklərin əlamətləri və bitkinin tükcüklərlə örtülülük dərəcəsinə görə fərqlənirlər. Kəskin badam iyi verən efir yağına malikdir. Xalq təbabətində istifadə olunur.