Növ: Citrus limon - Limon print

Lənkəran-Astara zonasında becərilir. Həmçinin, tranşey və dibçəklərdə əksər rayonlarda yetişdirilir. 200-ə qədər sortu var. Meyvə qabığı çox zaman hamar və nazik olur, meyvələri turş və suludur. Çox qiymətli, insan orqanizmi üçün lazım olan maddələrlə zəngindir.