Növ: Citrus sinensis print

Vətəni Cənubi Çin və ya Cənubi Vyetnam hesab edilir. Lənkəran-Astara bölgəsində açıq şəraitdə, Bakı, Gəncə və digər bölgələrdə şüşübəndlərdə meyvə və bəzək bitkisi kimi becərilir. Meyvəsi yumru, başdan basıq, qabığı hamar, sarı, qırmızımtıldır. Meyvələri turşa-şirindir. Çoxlu sortları var.