Növ: Citrus paradisi print

Şimali Amerikanın subtropik rayonlarında yayılıb. Lənkəran-Astarada becərilir. Hündürlüyü 8-10 m-ə çatan ağacdır. Meyvələri basıq, kürəvidir, qabığı qalın, ləti ətirlidir, tamı acımtıldır. Tərkibində limon turşusu, şəkər, "C" vitamini çoxdur. İri sitrusa oxşardır.