Növ: Citrus unshiu - Unşiu mandarini print

Yabanı halda məlum deyil. Yaponiyada və dünyanın digər tropik-subtropik ölkələrində becərilir. Tropik Asiya, Çin və Yaponiyada daha geniş yayılmışdır.

Azərbaycanda - Lənkəran-Astara zonasında geniş becərilir. Bəzən meyvələri tozlanmamış çiçəklərdən partenokarp olaraq əmələ gəlir və toxumsuz olur. Meyvəsi kürəvari, yanlardan basıq, açıq-narıncı, sarı, iyli qabığı asan soyulur, ləti şirin, 10-12 dilimli olur.